Создание сайтов
Hara gedirəmSoruşan olsa

Saraevo rəhbəri: görüləsi yerlər

“Balkanların Fəthi”qrup turunu planladığımız zaman dostların da tövsiyyəsi ilə Saraevo və Mostar şəhərlərinin ikisinə birlikdə bir gün ayırsaq da, Mostar şəhərini araşdırıb Saraevo-da görüləsi yerlərə baxarkən anladım ki, tarixi önəmli bu şəhərə nə yarım, nə də bir gün bəs etməyəcək.

Bosnia və Herseqovina’nın paytaxtı olan Saraevo’nu avropanın Qüds’ü də adlandırırlar. Şəhərdə 3 fərqli xalq;provaslav serblər, katolik xorvatlar və müsəlman bosniyalar əsrlər boyunca bir arada dostluq içində yaşayırlar. Şəhərdə görüləsi xeyli sayda maraqlı muzey, müharibənin izlərini daşıyan tarixi məkanlar var, fikrimcə ən maraqlı olanlar aşağıdakılardır:

1. Sarajevo War Tunnel – xalq arasında 2ci adı “Tunnel of Hope”adlanan bu yeraltı keçid fikrimcə Saraevo’nun ən önəmli hissəsidir. Müharibə vaxtı insanların qaçıb xilas ola bilmələri, eləcə də humanitar yardım çatdırılması üçün qazılıb. Uzunluğu 700m olan bu tunelin təxmini 20m olan hissəsi ziyarətçilərə açıqdır. Tunelə giriş muzeyin həyətindəndir, muzeyin binasında isə mərmi və güllələrin izi qalmaqdadır.

2. Latin Bridge – bütün tarixin dəyişdiyi, dəqiq desək isə 1ci dünya müharibəsinin başlanğıcı da hesab oluna bilən körpüdür. 28 avqust 1914-cü ildə avstriya-macarıstan imperiyasının varisi olan Frans Ferdinand buradan keçərkən körpünün üzərində həyat yoldaşı ilə birlikdə güllələnib. Bunun ardınca yaranan konflikt 1-ci Dünya Müharibəsinin başlanğıcına gətirib çıxardı.

3. Gazi Husrev-beg mosque – Balkan yarımadasında Osmanlı arxitekturasının ən gözəl nümunələrindən biri hesab edilir, XVI əsrdə inşa edilmişdir. Kompleksə daxil olan mərmər Şadirvan şəlaləsi də turistlərin görməyə gəldiyi yerlərdəndir. Ramazan ayında müsəlman olmayan turistlərə giriş qadağan edilib.

4. Emperor’s Mosque – 1462ci ildə Sultan Murad II dövründə tikilən bu məscid daha sonra müharibə zamanı tamamilə yanıb. Sultan Süleyman taxta keçəndən sonra isə bu məscid yenidən tikilib və məhz onun şərəfinə belə adlanır.

5. Bascarsija Square – 1462ci ildə şəhərin əsası qoyulan zaman tikilmiş ticarət meydanıdır. Adı türkcədə“Baş”sözündən gələn bu meydan şəhərin əsas meydanı olub bir sıra tarixi məkanlar da (Saat Qülləsi, Qazi Hüsrəv-bəy məscidi) burada yerləşir.

6. Eternal Flame – Marşall Tito prospektinin Fərhadiyyə küçəsi ilə kəsişməsində yerləşir, 2ci Dünya Müharibəsi zamanı Yuqoslaviyanı faşistlərdən qoruyan zaman həlak olanların xatirəsinə ucaldılmış abidədir. Saraevo’nu kəşf etməyə məhz bu abidənin yanından başlamaq olar.

7. Taslihan – karvansaray tipli bir tikilidir, əsas məqsədi orta əsrlərdə şəhərə gələn səyyahların və tacirlərin qala bilməsi üçün nəzərdə tutulub. 1879cu il yanğınları zamanı bir qismi yansa da, əsas hissəsi bugünədək mühafizə edilir.

8. Ferhadija pedestrian street – şəhərin əsas mərkəzi küçəsi sayılır, bəzən onu Moskvadakı Arbat-küçəsinə də bənzəyirlər. Küçənin sonu Başçarşı meydanına çıxır.

Turun marşrutunu öncədən planladığımız üçün sonradan dəyişiklik etmək imkanı olmadığından Saraevo üçün görüləsi yerlər olaraq bu məkanları qeyd etdim. Sizlərə isə bu möhtəşəm şəhərə 1 tam gün, əlavə olaraq isə ertəsi gün bir neçə saat – Srebrenitsa’ya ayırmağınızı tövsiyyə edirəm.

Sizə maraqlı olsa dostum Aziz Şahhuseynov’un Saraevo-da çəkdiyi vloga da baxa bilərsiniz (ingilis dilindədir)

Leave a Reply