İstanbulLove story

İstanbul; hatıralar ve şehir

İstanbul dedikdə hər zaman ağlıma sevdiyim yazıçılardan olan Orhan Pamuk, “İstanbul, hatıralar ve şehir”əsəri gəlir. Son müsahibəmdə də dediyim kimi, İstanbul heç zaman unudulmayan bir sevgili, doğma bir insan kimidir. Özünü burada nə bütünlükdə yabancı (əcnəbi) nə də bütünlükdə buralı hiss edər insan.

İstanbul balık-ekmekdir. Qovrulmuş şabalıddır. Martıların səsidir. Adalardır. Meyhane və rakıdır. Bosfor Körpüsüdür. Taksimdən Galataya, oradan da Fatihə gedən yoldur. İstanbul türk qəhvəsilə lokumun birliyidir. Nargilədir. Fatihin Çərşənbə bazarlarıdır. İstanbul İsgəndər ilə Ayranın vəhdətidir. Mantıdır. Kokoreçdir. İşgəmbədir. Midyedir! İstanbul 2 qitənin birləşməsi, onlarla xalqın birliyidir. Sahildə balıq tutmaqdır. Göyərçinləri yemləməkdir. Sezen Aksudur. Teomandır.
İstanbul Sevgidir.

(c) Baba Ağayev

Odur ki, İstanbul’da dəfələrlə fotosessiya etsəm də, hər dəfə sevə-sevə bir yenisinə hazırlaşıram, hər dəfəsinə yeni məkanlar tapa bilirəm. Sonuncu çəkilişimi Nail və Günel üçün etdim. Toylarından öncə ilkini Qəbələ’də payızda etmişdik, bu çəkiliş isə marta, yazın əvvəlinə təsadüf etdi.

İstanbul çəkilişimizə Beşiktaş’dakı Yıldız Parkı’nda başladıq. Məkan, türk fotoqraflarının düğün öncəsi açıq hava çəkilişləri üçün tez-tez tərcih etdikləri məkanların başında gəlir. Parkda çəkiliş etmək üçün xeyli məkan var, bircə Yıldız Köşkü’nün içində icazə yoxdur. Çəkiliş vaxtı park başdan sona lalələrlə doluydu, mən də fürsəti əldə verməyib kadrlarda istifadə etdim

Ardınca Ortaköy-ə keçdik. Buradan həm Bosfor Körpüsünə möhtəşəm mənzərə açılır, həm də kiçik ara küçələrində, Ortaköy Camii önündə bir sıra ideyaları gerçəkləşdirmək mümkündür. Buradan çıxmazdan öncə yaxınlıqdakı kafelərin birində də qısa bir çəkilişimiz oldu.

Daha sonra Ortaköy’dən geri qayıdıb Dolmabahce Sarayı fonunda çəkiliş etdik, ardınca Karaköylimanından Asiya tərəfinə keçdik. Çəkilişi planlayarkən Günelin istəyinə əsasən günəş batarkən Kız Kulesi fonunda kadrlar etməyi planlamışdıq, günün sonunda bu kadrları etdik. Bu cür fonda belə bir fotolar İstanbul’da love story etdiyim cütlüklər arasında tək bu cütlüyümdədir.

Fotoları paylaşmazdan öncə onu da qeyd edim ki, saytım açıldığı gündən bir sonrakı İstanbul love story fotosessiyamı klassik İstanbul fonlarında deyil, az bilinən İstanbula xas məkanlarda etməyi düşünürəm. Əgər sizin də belə bir istəyiniz varsa, mənə yazın, bir sonrakı çəkilişimizi sizin üçün planlayaq

 

 

 

 

 

Tags : featured
Leave a Reply