Bu paylaşımda Misir vizası almaq üçün lazımi sənədlər haqqında məlumat verəcəyəm. #dünyanındüzvaxtı nda Bakı’dan birbaşa Şarm əl Şeyxə olan çarter uçuşlarında Azərbaycan vətəndaşları havalimanında (on arrival) Misir vizası ala bilirdilərsə, hal hazırda belə uçuşlar olmadı üçün Misirə getməzdən öncə viza alınmalıdır.
Viza üçün aşağıdakı sənədlər tələb olunur:
1) Xarici pasport, əsli və surəti
2) Şəxsiyyət vəsiqəsinin surəti
3) 3x4cm 2 ədəd foto (ağ fonda)
4) Aviabiletin rezervasiyası
5) Otelin rezervasiyası
6) İş yerindən arayış
7) Doldurulmuş ərizə forması
8) Viza rüsumu – 25$
2018ci ildə Misir vizası alarkən xatırlayıram ki, iş yerindən arayış tələb edilmirdi, hazırki qaydalara əsasən tələb edilir. Tələbə olan şəxslər – tələbə biletinin surəti və təhsil aldıqları universitetdən arayış qoya bilərlər.
Viza, 5 iş gününə hazır olacağı deyilsə də adətən 4-5 təqvim gününə hazır olur. Səfirlik, Hotel Europe’nin arxasında, Həsən Əliyev küç. 7 ünvanında yerləşir. Sənədlərin verilməsi həftə içi hər gün 10-12 saatları arasında, pasportun (vizanın) götürülməsi isə 15.00-17.00 saatlarında baş tutur. Vizanın müddəti 1 aylıq olub tək girişli (single entry) verilir.
Hər hansı bir sualınız olarsa şərh bölməsinə yazaraq soruşa bilərsiniz