Создание сайтов

Bu il may-iyun və avqust aylarında planladığım Balkanlar və Pribaltika turu üçün gedəcəyimiz şəhərlərdə qalacağımız məkanları ilk dəfə olaraq airbnb saytı vasitəsilə etdim. Bu məqalədə airbnb sistemi haqqında ümumi məlumat, müsbət və mənfi cəhətləri haqqında sizləri tanış edəcəyəm.

 

Airbnb nədir?
Sistemin adı “Air Bed and Breakfast” sözlərinin birləşməsindən götürülüb. 2008-ci ildə San-Fransisko’nun Kalifornia ştatında 2 gənc oğlan öz xərclərini qarşılamaq üçün evlərində qonaq qəbul etməyə başlayırlar. Evdə 3 hava ilə doldurulmalı matrasını qonaqlara təklif edirdilər və hər gün onlara səhər yeməyi hazırlayırdılar. Bir müddət sonra baxıblar ki, bu işdən gəlir əldə etmək mümkündür, beləcə sistem yaranıb.

 

Hal hazırda dünyanın 190 ölkəsi və 34.000dən çox şəhərində (!) bu sistem fəaliyyət göstərir. Bu qonaqlama sistemi vasitəsilə səyahət etdiyiniz şəhərdə büdcənizə uyğun gələn ev tapıb orada qala bilərsiz. Sistem sizə aşağıdakı formada qeydiyyat seçməyə imkan verir:

1)Ümimi otaq – hər hansı bir evdə böyük bir otaqda bir neçə yataq olur. Və təbii olaraq, mətbəx, hamam, internet, və s. ümumi ortaq istifadədə olur.
2) Ayrıca otaq– yuxarıdakından fərqli olaraq hər hansı bir evin ayrıca bir otağında qalırsınız, digər turistlər və ya ev sahibi ilə birlikdə.
3) Bütün ev– bütöv bir evi rezervasiya edirsiniz və həmin tarixlərdə evdə yalnız siz olursunuz.

 

Üstünlükləri

Maddi tərəf. Hər hansı bir hotel ilə müqayisədə əksər hallarda evdə qalmaq maddi olaraq daha sərfəli
edir, xüsusən siz tək yox bir neçə nəfər və ya qrupla səyahət edirsiniz
Rahatlıq. Hər hansı bir evdə qalmaq, hosteldə 10-12-16 nəfərlik otaqda tanımadığın insanlarla qalmaqdan qat-qat daha rahat və komfortludur.

Evdə olmaq hissi. Airbnb-in şüarında deyir ki,“Evinizə xoş gəlmisiniz”. Razılaşaq ki, yeni bir şəhəri kəşf etdikdən sonra günün sonunda özünü rahat və sərbəst hiss edəcəyin bir evə gəlmək, otelvəya hostelə getməkdan daha yaxşıdır (ultra lux otellərlə müqayisə etmirəm)

Bu səbəblərlə yanaşı hər hansı bir evdə qalarkən siz bilavasitə həmin ölkənin mədəniyyətini də müəyyən qədər tanımış olursunuz, istər ev sahibi ilə ünsiyyət zamanı, istərsə də evdəki atmosferdən.

 

Qeydiyyat və təhlükəsizlik

Hər 2 tur üçün xeyli sayda ev rezervasiya etdiyim zaman gördüyüm təcrübəyə əsasən onu deyə bilərəmki, sistemin özü kifayət qədər təhlükəsizdir. Qeydiyyatdan keçdikdən sonra

ayrıca olaraq profilinizi təsdiqlətməniz lazım olacaq (profile verification).  Təsdiqlənmiş profil ilə seçdiyiniz evləri anında
rezervasiya və ödəmə edə bilirsiniz; təsdiqlənməmiş profil olduğu zaman isə bəzən ev sahibindən rezervasiyanızın təsdiqlənməsini gözləməli olursunuz.

 

Mənfi cəhətləri

Airbnb-də ilk təcrübəmə əsasən, otel və hostel ilə müqayisədə müəyyən mənfi məqamlara rast gəldim. İlk öncə, otel və hostellərdə adətən check-in saatı 12.00dırsa, bu saatdan öncə əksər vaxtlarda çantanızı saxlama odasına qoyub gedə bilirsinizsə, əksər evlərdə gördüyüm qədərilə check-out saatı 11.00, check-in isə günortadan sonra idi (öncəki qonaqlardan sonra evin təmizlənməsi və s. üçün vaxt intervalı). Hər hansı bir şəhərə səhər tezdən gəlib çantanızı evə qoyub çıxmaq istəyirsinizsə gərək ev sahibi ilə bunudanışasınız.

Sistem fəaliyyət göstərə bilməsi üçün evlərin üzərinə müəyyən kiçik xidmət haqqı (service fee) gəlir, əlavə olaraq isə ev sahibi evin təmizliyi üçün ayrıca xidmət haqqı alır. Cleaning fee əksər evlərdə az olsa da, evdən evə dəyişir, məsələn Sankt Peterburg-də münasib bir ev tapmışdıq, təmizlik üçün ev sahibin qoyduğu qiymət evin günlük qiymətinə yaxın idi.

Bunlarla yanaşı, hər hansı bir fors major hadisədə ev sahibi öncədən ödəmə etdiyiniz evin rezervasiyasını ləğv edə bilər (ödəniş geri qayıdır). Evi rezervasiya edərkən şərtləri mütləq diqqətlə oxumaq lazımdır. Bəzi şəhərlərdə ev sahibi əlavə olaraq şəhər vergisi alır turistlərdən və şərtlərdə bunu qeyd edir (məsələn, Riga)

Bütün bunlara baxmayaraq, airbnb evlərinin büdcəli səyahətlər üçün çox əlverişli olduğunu hesab edirəm, özəlliklə həm qrup həm də uzun müddətli qonaqlamalarda əvəzsiz bir sistemdir.

Ümid edirəm ki, məqaləmi oxuduqdan sonra ümumi təəssürat yaranmış oldu. Qısa və konkret etməyə çalışsam da, qısa qismində deyəsən uğurlu olmadım. Səyahətlər bitib evlərdə qaldıqdan sonra bir də real təəssüratlarımı yazacağam.

Sonda isə, əgər airbnb.com-da qarşıdakı səfəriniz üçün ev rezervasiya etməyi planlayırsınızsa və hələ də qeydiyyatınız yoxdursa, mənim bu dəvət linkimə klikləyərək qeydiyyatdan keçə bilərsiniz. Anında 20Avro gələcək profilinizə 😉 Qeydiyyatla bağlı hər hansı sualınız ya çətinliyiniz olarsa məqalənin altında şərh bölməsinə yazın, yardımcı olmağa çalışaram

 

Tags : beauty

2 Comments

Leave a Reply