Создание сайтов
Hara gedirəmSoruşan olsa

Dubrovnik rəhbəri: görüləsi yerlər

Yerli xalq arasında belə bir zarafat var ki, əgər Dubrovnik’i görmüsənsə hesab et ki, bütün Xorvatiya’nı görmüsən. Möhtəşəm arxitekturası, səliqəli plyajları və möhtəşəm mənzərəsi ilə məşhur olan bu şəhərin tarixçəsi XII əsrdən başlayır. Doğru düşünülmüş siyasət və Adriatik dənizi boyunca aktiv ticarət qısa zamanda onu Venesiya ilə eyni səviyyəyə gətirib çıxarmışdı.

“Balkanların Fəthi”qrup turumuzda Duvrovnik’ə tam bir gün ayırmışıq və getməzdən öncə adəti üzrə şəhərdə görüləsi məkanları araşdırdım.

1) Stradun– Dubrovnik’in əsas mərkəzi küçəsidir. Əsrlər öncə bu küçənin üzərində dəniz dalğaları keçibmiş, daha sonra yerli əhali oranı doldurmağa qərar veriblər. Xalq arasında köhnə adı Placa ilə dətanınır. Avtomobillər giriş qadağan edilib.

2) Gradske Zidine  (Ancient city walls)– şəhərin bütün tarixi hissəsi dəniz üzərində böyük bir qayanın üzərində olub 2 km-lik qala divarları ilə əhatələnmişdir. Şəhərin simvolu hesab edilən bu qalan divarlarının hündürlüyü bəzi yerlərdə 25m-ə qədər çatır, qalınlığı isə 6 m-dir.

3) Velika Onofrijeva Fontana– şəhər darvazasının yaxınlığındakı kiçik meydanda önəmli tarixi abidələrdən biri sayılır bu fəvvarə. 1438-ci ildə italiyalı arxitektor Onofrio Kava tərəfindən inşa edilib. Rəvayətə görə bu fəvvarədən su içdikdən sonra arzu tutan şəxsin arzusu həyata keçir-miş.

4) Gradska Vrata Pile– şəhərin əsas girişi hesab olunur. 1537-ci ildə tikilən bu böyük darvaza şəhərin ciddi müdafiə obyekti hesab olunurdu. Şəhərə girmək üçün öncə daş, sonra isə taxta körpü üzərindən keçmək lazım gəlir.

4) Minceta Fortress – Dubrovnik şəhərinin ən əsas özəlliyi ondan ibarətdir ki, müharibələr zamanı tək olaraq heç bir dövlət tərəfindən ələ keçirilə bilinməyib, güclü mühafizə olunduğu üçün 1464-cü ildə tikintisi başa çatan bu qala kompleksi şəhərin ən gözəl və ən əzəmətli tikililərindən biridir. Qalanın divarlarından Lokrum adası və içəri şəhərə gözəl mənzərə açılır. Yəqin ki, məşhur“Game of Thrones”in bəzi seriallarının burada çəkildiyini xatırlatmağa ehtiyac yoxdur

5) Sponza Palace – 1667-ci il zəlzələsin zamanı dağılmayan nadir tikililərdən biridir, 1516-cı ildə şəhərin gömrük idarəsi üçün tikilib. Bina hal hazırda dövlət arxivi və şəhər muzeyi kimi istifadə edilir.  Şəhərin tarixçəsi ilə bağlı önəmli sənədlər məhz burada mühafizə edilir.

6) Fort Lovrijenac– haqqında bir sıra əfsanə və rəvayətlər danışılan qala kompleksidir. Dəniz səviyyəsindən 37m hündürlükdə əzəmətli bir qayanın üzərində tikilib. Şəhərdə hakimiyyəti ələ keçirməyə hazırlaşan venesiyalılardan qorunmaq üçün tikilən bu qalanın tarixi sənədlərə görə 3 ayda tamamlandığı qeyd edilir. Qala həmçinin top qüllələri ilə təchiz edilib.

 

 

Tags : Destination
Leave a Reply