Hara gedirəmSoruşan olsa

Mostar bələdçisi: görüləsi yerlər

“Balkanların Fəthi” qrup turumuzda Bosniya – Hersoqovina’da2 şəhəri görməyi planlaşdırmışıq, YUNESKO mədəni irsi siyahısında olan Mostar və Sarayevo şəhərləri. Bu 2 şəhərə bir gün ayırmışıq deyə getməmişdən öncə görüləsi yerləri araşdırdım.

Mostar şəhəri bu ölkənin 2ci ən böyük şəhəri və qeyri-rəsmi olaraq paytaxtı hesab edilir.

1) Starı most – şəhərin əsas simvolu sayılan körpüdür, elə şəhər öz adını da bu körpüdən alır. XV əsrdə Neretva çayının sol sahilində taxta konstruksiyalı olaraq inşa edilmiş, 90-cı illərdə Bosniya müharibəsi zamanı məhv edilmişdir. 2004-cü ildə yenidən tikilib. Hündürlüyü 20m, uzunluğu isə 28m-dir.

2)  Mehmed Karadozbeg Mosque – dünyaca məşhur türk memarı Mimar Sinan bu məscidin tikintisi ilə məşqul olub. Hündür minarəsindən dolayı bu bölgədə ən hündür tikili hesab edilir. Məscid turistlərin ziyarətinə açıqdır və minarəsinə çıxmağa icazə var.

3) Old bazaar Kujundziluk – osmanlı dövründə ticarətin qəlbi məhz bu bazar olub, belə ki, o zamanlar 500ə yaxın müxtəlif emalatxana və ticarət köşkləri yerləşib. O zaman küçələrin adlarını məhz peşələrə görə təyin edərlərmiş. Zaman keçdikcə ən sənətləri azalmış, küçələrin adları dəyişilmişdir. Hazırkı bazarın adı zərgərlik anlamına gələn “Kuyumcu”sözündəndir. O zamankı zərgərlik dükanlarını isə suvenir dükanları əvəz edib.

4) Muslibegovic House – bütün Bosniyanın ən qədim məkanlarından biri olan bu ev Muslibeqoviçlər nəslinə aiddir, 300-dən çox yaşı var. 3 mərtəbəli bu evin bir qismi nəsildən nəslə keçmə anlamı verən hotel-bastina kateqoriyasında hotel kimi də xidmət göstərir, 2010-cu ildə bu kateqoriyada dünyanın ən yaxşı 10 otelindən biri seçilib. Ev özü selamlık və haremlik olaraq 2 hissədən ibarətdir. Bosniyadakı bütün müsəlman evlərində olduğu kimi bu evə girişdə də ayaqqabıları çıxartmaq adətdir.

5) Kajtaz House – osmanlı zamanında Türkiyədən gəlmiş hakim – kadı Kaytaz özünə bu evi tikdirib. Bu ev də zamanında selamlık və heramlık hissələrindən ibarət olsa da, selamlık hissəsi müharibə zamanı yanıb, yalnız digər hissəsi mühafizə edilə bilib. Ev tamamilə taxtadandır. YUNESKO tərəfindən qorunan abidələr siyahısındadır.

6) Koski Mehmed Pasha Mosque – Koski Mehmed Paşa’nın hesabına tikilib, Köhnə Most kimi bu məscidin də divarları günəşdə parıldayan xüsusi daşdan inşa edilib. Məscidin böyük kompleksində türk kafesi, türk mədəniyyət mərkəzi də yerləşir. Bu məscidin də minarəsinə qalxmağa icazə var, 78 pillə ilə minarəyə qalxdıqdan sonra Mostar içəri şəhərinin mənzərəsi görünür.

7) Tito’s Palace – Yuqoslaviyanın keçmiş lideri İosiv Tito’nun rezidensiyası. 2ci dünya müharibəsi zamanı sarayın bir hissəsi dağılsa da bugünədək bərpa edilməyib.

Görməyi planladığım tarixi məkanlar hələlik bunlardır. Mostar-la bağlı təklifləriniz varsa paylaşın, getmədən öncə planıma əlavə edim.

Leave a Reply