Создание сайтов
Necə gedirəmSoruşan olsa

Şengen vizası, Çexiya səfirliyi

bu qrupa ilk günlərdən üzv olma səbəbim hər nə qədər maraqlı səyahətlər haqqında bilgi paylaşımı idisə, bir səbəbi də son zamanlar çətinliklə verilən şengen vizası haqqında əlavə məlumat əldə etmək idi. Qismətdə şengen vizası almağımı paylaşmaq da varmış

ötən həftənin cümə günü Çexiya Səfirliyinə təqdim etdik sənədləri, Avropa səfəri zamanı daha çox Praqa-da olacağımız üçün. Saytlarında qeyd edilmiş bütün sənədləri türklər demiş titizliklə hazırladıq. Maraq üçün yazıram – nə az nə çox tam 56 (əlli altı) A4 səhifə sənəd verdim (sənədlər, tərcümələr, arayışlar, çıxarışlar və s.) Bugün gedib vizamızı aldıq.

Şengen vizasına otkaz alan bu qrupda xeyli insan vardı, onların otkaz alma səbəblərini də özlüyümdə araşdırıb nəticə çıxarmışdım. Şengen üçün müraciət edən gəzəyənlərə tövsiyyəm:

1) Ən vacib məqam (söhbət təbii ki, turist vizasından gedir), nə olursa olsun – hər şeyi olduğu kimi qeyd etmək, hər şeyi yalansız olduğu kimi göstərmək. Ucuz hostel bron edib sonra orada qalmamaq, hotel bron edib sonra gedib evdə qalmaq – birbaşa olaraq otkaz səbəbidir.
2) Səfirlikdə konsul bizi xeyli sorğu-sual etdi, bəzi suallar yumşaq desək, əlaqəsiz idi (mənə belə gəlir), bütün suallara şəffaf və olduğu kimi cavabladıq. Təcrübəmə əsasən “bunu deməsəm də olar” ya “bunu deməyim başqa cür deyim” deyə düşündüyünüz adi bir səbəb (ciddi olmasa bilə) aşkarlandığı təqdirdə – birbaşa otkaz səbəbidir. O mənada ki, siz hansısa məsələnin ciddi olmadığını düşünürsüz, səfirlikdə isə düşünürlər ki, burada nə var görən ki, doğrusunu demədi.
3) Verdiyimiz sənədlərlə bağlı qeydlər: qalacağımız otellər TAM ÖDƏNİŞ + oteldən rəsmi TƏSDİQ məktubu, aviabilet TAM ÖDƏNİŞ, şəhərlər arası avtobus biletləri TAM ÖDƏNİŞ (viza almasaydıq 100Euro batacaqdı 2 nəfərə), bank KARTları, kartdan çıxarış + arayış, iş yerindən arayış və əmlakın olduğunu sübut edən sənədlər. Viza almasaydıq əgər 2 nəfər itərəcəyimiz rəqəm 780AZN (!!!) ətrafında idi.
4) Sonuncu məqam, sənəd verərkən və sənədi almağa gedərkən oradakı insanlarla ünsiyyət və müşahidəmdən gördüm ki, – HƏQİQƏTƏN turist kimi səfər edirsinizsə, bunu bütün sənədlərlə ortaya qoyduğunuz zaman viza verilir. Yoxsa bilet almayım birdən otkaz alaram, kiməsə yüz manat rüşvət verim yalançı bank hesabı göstərsin mənə, oteldən “fiktiv” confirmation alım sonra getməyim və bu kimi məqamlar – hamısı araşdırılır, ortaya çıxır, otkaz verilmə səbəbidir.

Tags : beauty
Leave a Reply