Xorvatiya’nın ən böyük şəhəri və paytaxtı Zaqreb (Zagreb) şəhəri simvolik olaraq 2 hissəyə bölünür və onların arasında funiklyor işləyir: qədimi tikililərin və abidələrin olduğu Yuxarı şəhər və müasir tikilələr olan hissə Aşağı şəhər.
Zaqrebi həm də“muzey”lər şəhəri adlandırırlar, beləki, şəhərdə 16 teatr, 22 muzey, 31 incəsənət qalereyası var. Araşdırma edən zaman gördüm ki, həqiqətən şəhərdə bir-birindən fərqli mövzularda, hər kəsin zövqünə uyğun gələcək muzeylər var. Muzeylərdən ən böyüyü yerli xalqla yanaşı turistlərin də ən çox ziyarət etdiyi – Mimara Muzeyi’dir (The Museum of Mimara), 3500-dən çox kolleksiya nümayiş etdirilir.
“Balkanların Fəthi”qrup turumuzda Xorvatiya’daəsas vaxtımızı dünyaca məşhur Plitvice Göllərinə ayırdığımız üçün Zaqreb’da yarım gün olmağı planlaşdırmışıq. Bu vaxt ərzində fikrimcə görüləsi əsas məkanlar bunlardır:
1) Ban Jelacic Square (Trg Bana Jelacica) – şəhərin əsas meydanında yerləşir, bir çox görüləsi tarixi məkanlara elə buradan getmək mümkün olduğu üçün şəhəri kəşf etməyə buradan başlamaq olar.
2) Lotrscak Tower (Kula Lotrscak) – XIII əsrdə şəhərin cənub girişini mühafizə etmək məqsədilə tikilib. Qüllədən bütün şəhər mənzərəsi görünür.
3) Funicular Railway (Uspinjaca) – 1888-ci ildə ildə tikilib, hazırda dünyanın ən qısa (uzunluğu 66m) və relslərin maylliyi 52% olduğu üçün dünyanın ən maili funklyorlarından biri hesab edilir.
4) Museum of Broken Relationships – adından da göründüyü kimi, sevgiləri uğursuz alınan insanların bir sıra şəxsi əşyalarının nümayiş etdirildiyi qeyri-adi bir muzeydir.
5) Museum of İllusions – şəhərdə açılmış ən yeni müasir muzeylərdən biridir, xeyli sayda optik illuziyalar, tərsinə çevrilmiş otaqlar və başqa maraqlı eksponatları var.
Onu da qeyd edim ki, Zaqreb’də aktiv həyat və əyləncə üçün də xeyli şərait var. İstəyinizə uyğun olaraq Skydiving, velo-ekskursiyalar, rafting, paragliding bunlardan bəziləridir. Odur ki, şəhərə bir neçə gün ayırsanız əminəm ki, darıxmayacaqsınız.