Создание сайтов
Hara gedirəmSoruşan olsa

Sloveniya: Maribor, Ptuy və Çele şəhərləri.

May-iyun aylarında edəcəyimiz Balkanların Fəthi qrup turuna Sloveniya ilə başlamağı planlayırıq. Öncəki yazımda Lyubyana haqqında araşdırmışdım, bu dəfə Maribor, Ptuy (ingiliscə – Ptuj) və Çele (inciliscə – Celje) şəhərlərini araşdırdım.

Budapeşt’dən yola düşəcəyimiz Maribor, 1254-cü ildə yaşayış məntəqəsi kimi qeydə alınıb, Sloveniya’nın 2ci ən böyük şəhəridir. Bir gün ərzində görüləsi kifayət qədər maraqlı məkanları var. Onlardan bəziləri:

1) Pyramida Hill – Maribora möhtəşəm panoramanın açıldığı bir məkandır. Asta yürüyüşlə təxminən 20 dəq-lik bir təpəyə çıxmaq lazımdır, yazılan şərhlərə əsasən oradan görünən mənzərə buna dəyər.

2) Glavni Trg (Main Square) – şəhərin mərkəzi meydanı., Ratuşa (Town Hall), Plague Column (Vəba abidəsi) burada yerləşir.

3) Grajski Trg – bu meydanda isə Maribor Qalası (Maribor Castle), çoxsaylı kafe və restoranlar yerləşir.

4) Plague Column – şəhərin vəba xəstəliyi ilə mübarizəsinin simvolu olan abidədir.

5) Lent – çay kənarı boyunca şəhərin qədimi hissədir.

6) Old Vine House – qarşısında Ginnes Rekodlar kitabına düşən, 400 yaşlı dünyanın ən yaşlı üzüm tənəyi var (Stara trta). Maqazinin böyük zirzəmisində xeyli sayda şərab çəlləkləri nümayiş edilir.

7) Sladolednica Lastovka – çox dadlı dondurmalar satılan kiosklar şəbəkəsidir. Maribor’daolanlar özəlliklə tövsiyyə edirlər.

Maribor düşünürəm ki, 1 gün ayrılası şəhərdir, qeyd etdiyim görüləsi yerlərdən başqa hava şarı və rafting turları, eləcə də maraqlı kvest otaqları var, əgər yetərli zamanınız olarsa bu kimi əyləncələrə qoşula bilərsiniz.

Ptuy (ingiliscə – Ptuj) şəhəri isə Sloveniya’nın ən qədim yaşayış məntəqələrindən biri hesab edilir. Şəhərdə 23 minə yaxın az sayda əhali yaşayır və əksəriyyəti bugünədək şərabçılıqla məşqul olduqları üçün bura yolu düşənlər adətən özləri ilə şərab aparırlar. Maribor’dan Lyubyana’ya gedərkən yolüstü baş çəkməyi planladığımız bu kiçik şəhərdə 5 ən yaxşı görüləsi tarixi məkanları araşdırdım.

1) Ptuj Castle – şəhərin ən əsas görüləsi məkanı hesab edilir, Qalada orta əsrlərdən qalma bir çox eksponatlar olduğu kimi qorunub saxlanılır.

2) Orpheus Monument – hündürlüyü 5 m olub, şəhərdə ən qədim abidədir, həyat yoldaşı Evdirikanı axtaran romalı Orfeyin əfsanəsi haqqındadır.

3) St.Florian Monument – rəvayətlərə görə Ptuy şəhəri dəfələrlə yanğınlara məruz qalıb, sonuncu dəfə 17-ci əsrdə baş verən yanğın zamanı yerli əhalinin müqəddəs Florian’a dua etməsini əks etdirir.

4) Ptuj City Tower (Old Town Centre) – şəhərin tarixi mərkəzi, yuxarıda qeyd etdiyim abidələr burada yerləşir.

Ptuy şəhərini gəzdikdən sonra maşınla təxminən km məsafədə yerləşən Çele (ingiliscə – Celje) şəhərinə də baş çəkməyi planlayırıq. Çele, böyüklüyünə görə Maribor və Lyubyana’dan sonra Sloveniya’nın 3cü böyük şəhəridir. Əsas özəlliyi isə – orta əsrlərdə Sloveniya’da yeganə müstəqil qraflıq ola bilməsidir. Məhz bu səbəbdəndir ki, qraflığın simvolu (üç ulduz) sonradan şəhərin qerbinə çevrilmişdir.

Əgər burada təsadüfən 1 gününüzü keçirəcəksinizsə, şəhərin rəsmi saytında Çele’nin turistlərə maraqlı ola biləcək bütün tarixi və mədəni abidələrinin siyahısı ilə tanış ola bilərsiniz. Balkan turumuzda bu şəhərə az bir zaman ayırdığımız üçün fikrimcə görüləsi ən maraqlı yerləri bu formada planladım:

1) Old Castle Celje (Celje Upper Castle) – şəhər mərkəzindən təxmini 2km uzaqlıqda yerləşir, Sloveniya’dakın ən böyük qalalardan biri hesab edilir.

2) Celje Water Tower – 1451-ci ildə tikilən bu su dəyirmanı bugünlərədək mühafizə olunub.

3) Celjski Dom (Celje Hall) – 1905-06cı illər arasında Vyanalı arxitektor Peter Brang tərəfindən inşa edilib.

4) Josip Pelikan Statue – ömrünün çox hissəsini bu şəhərdə yaşamış olan, Sloveniya’nın dünyaca tanınmış fotoqrafının bronz heykəlidir. Deyilənə görə Sloveniya’dabütün fotoqrafların bu heykəlin yanında fotoları vardır. Əgər siz fotoqrafsınızsa, Çele şəhərinə yolunuz düşərsə Josip Pelikan’s Skylight Photo Studio-ya da baş çəkin, 1899-cu ildə açılmış bu studiya hazırda şəhərin mədəni irsi kimi qeydə alınıb. Muzey kimi fəaliyyət göstərən bu studiyada fotoqrafın istifadə etdiyi avadanlıqlar, çəkdiyi fotolar nümayiş olunur.

Qeyd etdiyim şəhərlərdə olmusunuz isə tövsiyyələrinizi şərh bölməsinə yazaraq paylaşın, nəzərə alım 🙂

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply