Создание сайтов
Həmişə gəzməkdəSalzburg

Motsartın vətəni Zalzburq

Avstriya səfərimin zamanı 2 günlük Vyana gəzintisinin ardınca 1 günüm qalırdı, onu da Zalsburq və Halştat arasında seçim etməliydim. Hər nə qədər Halştatın füsunkar mənzərəsi olsa da mən tarixi gözəlliklərlə zəngin olan Zalsbuqr’u seçdim.

Əgər yetərli zamanınız varsa Zalsbuq’a 2 gün ayırmanızı tövsiyyə edirəm, əmin olun ki, peşman olmayacaqsınız. Mənim 1 günüm olduğu üçün mərkəz qismi və əsas tarixi abidələri görməyə zamanım yetdi, şəhər ətrafını, gölləri və duz mədənlərini gəzməyi növbəti səfərimə saxladım. Söhbət düşmüşkən, birbaşa tərcümədə Zalsburq “Duz Qəsri” kimi tərcümə olunur, rəvayətə görə hələ e.ə. 700-cü illərdə yerli xalq müxtəlif yeraltı mənbələrdən duz çıxarmaqla məşqul olurlarmış.

Böyüklüyünə görə Avstriya’nın 4cü şəhəri olan Zalsburq’un mərkəzi hissəsi YUNESKO tərəfindən qorunmaqdadır. Şəhərdəki abidə və tarixi məkanların əksəriyyətinə piyada gəzərək getmək mümkündür. Vaxtım məhdud olduğu üçün axtarışlara və xəritəyə zaman sərf etməyib “Hop on – hop off” avtobusuna bilet aldım. Bilet qiyməti 18Avro olub, Yellow & Skyline xəttini seçmişdim; Green line isə göllər və dağlar olan xətt üzrə hərəkət marşrutudur.

Zalsburq’da görməyi tövsiyyə etdiyim məkanlara gəldikdə isə:

1) Salzburg Fortress (Festung Hohensalzburg) –

900 ildən çox yaşı olan bu qalan müxtəlif illərdə həm həbsxana, həm də hərbi obyekt kimi mövcud olub. Şəhər səviyyəsindən 120m hündürlükdə yerləşən bu qalaya giriş bileti 12Avro-dur, qiymətə kompleks daxilində muzeylərə giriş və qalaya funiklyorla gediş-dönüş də daxildir. Hərbi muzey mənim çox xoşuma gəldi, xeyli sayda eksponat və silahlar nümayiş olunur. Qaladan şəhərə möhtəşəm mənzərə açılır.

2) Mirabelle Palace (Mirabelleplatz) – həm qəsr, həm də parkdır, daxilində bəzi tikililər şəhər icra hakimiyyətinin idarə binaları olduğu üçün turistlərə giriş bağlı olsa da, mərmər zalına giriş açıqdır. Parka giriş isə pulsuzdur. İnternetdə gördüyümə qədər park demək olar ki, ilin bütün vaxtlarında gözəl olar, mən gedəndə isə ən yaxşı vaxtlarından biri idi, hər yerdə müxtəlif növ qızılgüllər, çiçəklər açmışdı. Parkın içində bir də Gnomes Garden var ki, içində maraqlı balaca boylu insan fiqurları var. Əvvəllər bildiyim qədərilə 28 “gnom” olub, sonra bir qismini oğurlayıblar.

Mirabell – italyanca iki sözdən ibarət qadın adıdır; “mirabelle” – tərifə layiq, “bella” isə gözəl anlamına gəlir

3) Mozart’s Birthplace – 27 yanvar 1756-cı ildə Motsart’ın Getreidegasse 9 küçəsində anadan olduğu ev hazırda muzey kimi fəaliyyət göstərir və təkcə Zalsburq’un deyil, bütünlükdə Avstriya’nın ən çox ziyarət edilən muzeylərindən biridir. Klassik musiqi həvəskarları adətən yaxınlıqda yerləşən Motsart yaşadığı rezidensiyası’na (Mozart Wohnhaus) kombo bilet alıb hər iki ev-muzeyi ziyarət edirlər. Muzeydə Motsartın portretləri, bəzi əşyaları nümayiş olunur.

4) Hellburn Palace & Trick Fontains (Schloss Hellburn) – Hellburn Sarayı və əyləncəli fontanlar Zalsburq’da ziyarət edilməyə dəyər bir başqa gözəl məkandır. Ümumiyyətlə, digər Avropa ölkələri ilə müqayisədə Avstriya’dakı parkların daha gözəl, daha zövqlü olduğu fikrindəyəm.

5) Getreidegasse küçəsi – Zalsburq’un ürəyi buradır desəm yəqin ki, yanılmaram. Şəhər mərkəzində yerləşən bu küçə boyunca müxtəlif butik otellər, restoranlar, geyim dükanları yerləşir. Məni ən çox suvenir dükanları cəlb etdiyi üçün burada xeyli zaman keçirdim. Suvenirləri çox qəşəng olsa da, qiymətləri də “ona uyğun” idi. Bura gələn turistlərin əksəriyyəti suvenir kimi Motsart-la bağlı olan şokoladlar və suvenirlər (Motsart heykəli, skripkası və s.) alırlar.

Bunlarla yanaşı Zalsburq’da başqa maraqlı məkanlar da var, DomQuartier – 5 muzeyi özündə birləşdirlən böyük bir ərazi, Zalsburq Zooparkı da görüləyə dəyər.

Musiqi kimi bir şəhər haqqında hələlik bu qədər. Ümid edirəm ki, məqalə və fotolar sizdə şəhər haqqında müəyyən fikir formalaşdıra bildi ☺

Evdəolmayan: Kənan Məcidov

1 Comment

Leave a Reply