Создание сайтов

Kapadokya xəyalı ilə yaşayarkən bütün yollar məni Kapadokyaya aparmağa çalışırdı🤸🏿‍♀️Necə deyərlər “Bir şeyi ürəkdən istəyəndə bütün Kainat istədiyiniz şeyin olması üçün çalışar”🙃. Eyni ilə belə oldu. Yayın ən istisində Kapadokyaya yola düşdüm.

Amma havalar şansdan çox gözəl idi. Çox isti olmadı. (Araşdırmalar edərkən Kapadokya üçün ən uyğun vaxt aprel-may, sentyabr-okyabr ayları göstərilirdi). Kapadokya gəz-gəz bitməyən və gözəlliklərlə doludur. Daha çox Cin, Yapon və Koreyalıları görəcəksiz. Orda öyrəndim ki, onlarim inancına əsasən onların Allahı orada yerləşir🙏🏻
Detallara keçsək bir neçə məqamı diqqətinizə çatdirmaq istərdim🤓
– Şarları günün 24 saatı göy üzündə görə bilməzsiniz. Yalnız 4-7arasi.Bu isə həm də sizə şiş uclu təpələrdən günəş doğuşunu seyr etmək üçün səbəb olacaq🙂
– Şarların qiyməti 250tl-dir. Qiymətlərdə endrimi əldə etmək mümkündür. Bunun üçün yaxşıca bazarlıq etmək lazımdır
– Kapadokyanın ucuzluq bir yer olduğunu deyə bilməyəcəm. Yemək sevənsinizsə “Teste Kebap” görəsəl (yerli) yeməkdir dada bilərsiz. En ucuz 25tl-dən baslayir. Yalniz bir nəfər doya bilər 😂
– Qədim sənətlərə marağınız varsa “Gil sənəti” ilə taniş ola bilərsini. Bunu sinamaq 10TL civarindadir.
– Şərab sevən birisinizsə mütləq yolunuzu Ürgüpdən salıb görəsəl (yerli) şərabları dadmağınız mütləqdir.

Sonunda isə qeyd edim ki bu ilk səyahətim oldu. Yollarda daralıb sıxılmayacaqsinizsa gəzə gəzə gedin. Bu cür getməyim mənə həm Tiflisdə, həm Batumda, həm də Rizədə vaxt keçirməyimə səbəb oldu. Xoş gəzintilər!💛 Daim kəşf etmək və gəzib,öyrənmək diləyi ilə😊

Evdəolmayan: Yasəmən Kərimova

Leave a Reply