Dostlar salam, sizlərə İbiza səyahətim haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi İbiza kurort şəhəridir və sezon hələ tam açılmayıb (aprel sonu). Soruşacaqsız bəs sənin bu vaxtı orada nə işin var? Cavablandırıram, çünki ucuz bilet tapmışdım))
Treviso-İbiza-Treviso Ryanairle uçuş qiyməti cəmi 20 Avro. Dostlar, İbizaya gedib mütləq görməli olduğunuz bir neçə yer var: old town, castle və hippi bazarı. Hostel və ya hotel seçərkən old towna yaxin məsafədə olmasına diqqət edin hələ sezon tam açılmamış hotel tapmaq müşkül məsələdir, bu səbəbdən gəlişinizdən bir xeyli vaxt öncədən qalacağınız yeri bron edin.
Mən “Hostal la Bartola” guesthouseda qalmışam. Single roomun 1 gecəsi 30 Avro təşkil edirdi lakin 30 Avroya dəyməyən bir yer idi, yalnız locationi old towna yaxin olduğu üçün qalmağa dəyər. Bundan əlavə sezon açılmamış bir çox hotellər çox sərfəli endirimlər edirlər tez-tez booking.com yoxlayıb baxmaq lazımdır. Yerli əhalinin yardim sevərliyi məni heyran etdi, hətta gəlişinizin ilk günü polis geyimli bir nəfər bizə yaxınlaşdı,polis geyiminə fikir verməyib bizdən yol soruşacagını düşündüm, Vallahi biz də turistik deməyə hazırlaşırdıq ki, həmin şəxs bizə gədib gəzə biləcəyimiz yerləri sadalamağa başladı. Ətrafa çox baxındığımızı görüb, turist olduğumuzu anlamışdı.
Bizə məsləhət görülən plyaj “Talamanca” oldu. Temperaturun 20+ olmasına baxmayaraq su yetərincə soyuq idi. Aprel-may aylarında İbizada gedəcək gəzəyənlərə isti geyim götürmələrini məsləhət görürəm. Səhərlər havanın dərəcəsi yetərincə isti olsa da, axşamlar 11-12 dərəcəyə kimi düşə bilir. Bundan əlavə məni təəccübləndirən və eyni zamanda sevindirən faktlardan biri İbiza portu tərəfdə Türk kafesinin mövcudluğu oldu.
Aeroportdan şəhərin mərkəzinə 10 nömrəli avtobus hərəkət edir, bileti avtobusun içindən sürücüdən alırsız, qiymət 3.50.