Создание сайтов
Beş ləçəkli qızılgül diyarı – Çeski KrumlovHəmişə gəzməkdə

Beş ləçəkli qızılgül diyarı – Çeski Krumlov

Çexiyada 2 günlük Praga gəzintisindən sonra fərqli bir şəhər görmək istəyirdim, variant kimi sanatoriyaları ilə məşhur olan Karlovı Varı və orta əsrlərdən bugünədək öz tarixini qoruyub saxlaya bilən Çeski Krumlov var idi, araşdırma və tövsiyyələrə əsasən Çeski Krumlov’agetməyə qərar verdim.

İstər özünüz tək gedən zaman, istərsə də Praqa’dan tur ilə Krumlov’a gedəndə yolüstü Hluboka Castle (Hluboka nad Vltavou) görməyinizi şiddətlə tövsiyyə edirəm. Bu, mənim indiyə kimi gördüyüm qalaların, qəsrlərin, sarayların bəlkə də ən möhtəşəmi olub. Gün ərzində 09.00-17.00 arasında açıq olan bu qalanı istəyinizə bağlı olaraq bələdçi və ya audio bələdçi ilə gəzə bilərsiniz, kompleksdə ziyarət edəcəyiniz yerlərdən asılı olaraq qiymət 40-250 kron arası dəyişir.

Qalada ümumilikdə 140-a yaxın otaq var, onların yalnız bir qismi ziyarətçilər üçün açıqdır. Məndə ən çox iz buraxan – Elenoranın kitabxanası oldu, içərisində 5 müxtəlif dildə 12000 (!) kitab var idi. Həmçinin silah kolleksiyasının olduğu məkanı da böyük maraqla gəzdim. Qalada, hündürlüyü 52m olan Qüllə də var, təxmini 245 pilləkənlə Qülləyə qalxmaq olur.

Qalada təxmini 2 saata yaxın zaman keçirib ardınca Krumlov’a yola düşdüm. Praqa’dan 3 saatlıq məsafədə yerləşən bu kiçik şəhər Vltava çayı üzərində yerləşir, əhalisi 14 minə yaxındır. Şəhərin tarixi mərkəsi YUNESKO tərəfindən qorunan abidələr siyahısındadır. Praqa’dan 3 saatlıq məsafədə yerləşən bu kiçik şəhər Vltava çayı üzərində yerləşir, əhalisi 14 minə yaxındır. Şəhərin tarixi mərkəsi YUNESKO tərəfindən qorunan abidələr siyahısındadır.

Şəhər gəzintisi Krumlov qəsrindən (Cesky Krumlov castle) başladı. Bütün Çexiyada ən böyük 2ci qəsr olan Krumlov qəsri (Prazsky Hrad’dan sonra) Xİİİəsrdə tikilib, nəhəng kompleksin sahəsi 11 ha-dır. Kompleksdə teatr, park, bir neçə most, saray və müxtəlif binalar yerləşir. Qəsrin ən yuxarı hissəsindən Vltava çayına və şəhərin özünə gözəl mənzərə açılır. Sağda gördüyünüz foto sizi yanıltmasın, onu çəkə bilənə qədər yaxınlıqda olan yapon turist qrupunun selfi prosesinin bitməsini bəlkə bir yarım saat gözləmişəm 😀

Üzən körpü (Cloak Bridge, Plastovy Most) – Krumlov qəsrinin 4 və 5ci saraylarını bir-biri ilə bağlayan 3 mərtəbəli arkalı körpü konstruksiyasıdır. 1767-ci ildə taxta körpünün yerinə inşa edilib.

Fırlanan tamaşaçı səhnəsi (Rotating Auditorium, Otacive hlediste) – Krumlov qəsrinin parkında açıq hava altında yerləşən belə maraqlı bir səhnə var, 644 tamaşaçı yerləşir. Səhnə kimi parkın özü istifadə edilir, lakin səhnənin qarşısındakı zal hər 2 tərəfdən fırlana bilir.

Bunları gördükdən sonra meydana tərəf getmək olar, Namesti Svornosti adlanan meydanları şəhərdə əsas meydan sayılır, bizim İçəri Şəhər girişində olduğu kimi qəmbər daşlıdır. Meydanın ətrafında rəngarəng köhnə evlərl vardır ki, onların da fasadı xüsusi üsulla rəngləndiyi üçün ilk baxışda 3D effekti yaradır.

Şəhərdə bir sıra maraqlı muzeylər var, Hluboka Qəsri və ardınca Krumlovu xeyli gəzdiyim üçün mən günün qalan hissəsini dincəlməyə üstünlük verdim deyə onlara getmədim, yenə də sizin xəbəriniz olsun:

  • Işgəncələr muzeyi (Muzeum utrpneho prava), şəhər bələdiyyəsinin (Ratuşa) podvalında yerləşir, ortaəsrlərdə tətbiq olunmuş müxtəlif işgəncə alətlərini görə bilərsiniz. Deyilənə görə fonda verilən audio effektlər ilə işgəncələri necə lazımdır hiss edə bilirsiniz
  • Mum fiqurlar muzeyi (Muzeum voskovych figurin), muzeydə həm Krumlov, həm Çexiyanın, həm də dünyanın bir sıra şəxsiyyətlərinin, Dali, Pikasso, Maykl Jekson və s. heykəlləri vardır. Bizim bələdçimizin dediyinə görə heykəllər reallığa çox bənzəyir.
  • Motosikllar muzeyi (Muzeum historickych motosyklu), köhnə dəyirmanın içində yerləşir, həm yerli həm də əcnəbi xeyli sayda motosikl nümayiş edilir.

Əlavə olaraq onu da qeyd edim ki, 1986-cı ildə bu yana hər il iyun ayında Çeski Krumlov (Cesky Krumlov) şəhərində orta əsrlərın kostyumlu karnavalını xatırladan Beş ləçəkli qızılgül bayramı keçirilir. Bayram günlərində müxtəlif karnaval kostyumlarının nümayişi, cəngavər döyüşləri, meydançada canlı şaxmat fiqurlarının olduğu yarışmaları izləmək mümkündür.

Bayram bütünlükdə Rozenberqlər nəslinə aid edilib, hansı ki, Çeski Krumlov’u300 il boyunca idarə ediblər. Rozernberqlər qraflığının qerbi ilə yanaşı üzərinə gümüşü rəng tonlarında beşləçəkli qızılgül təsvir edilən emblemi də vardır. Təsadüfi deyil ki, Çeski Krumlov şəhərinin bugünkü qerbindən də beşləçəkli qızılgül təsvir edilir ki, bu da çeklərin öz əcdadlarına verdikləri dəyəri göstərir. Mənim Krumlov-da iyun ayında olsam da festival hələ başlamamışdı, siz gələrkən tarixləri öyrənərək səfərinizi ona görə planlaya bilərsiniz, əminəm ki, çox maraqlı olacaq.

 

 

 

 

 

 

 

 

 

2 Comments

Leave a Reply